Zurabaşvili Ninotsmindalı ermənilərə: Saakaşvili türklərə vətəndaşlıq payladı - sizə yox
Hakimiyyət tərəfindən dəstəklənən prezidentliyə namizəd Salome Zurabaşvili Axaltsixedə, Axalkalakidə və Ninotsmindada əhali ilə görüş zamanı ksenofobiya məzmunlu bəyanat verib və Mixeil Saakaşvili tərəfindən türklərə Gürcüstan vətəndaşlığının verilməsini mənfi kontekstdə xatırlayıb.

"İndiyə kimə vətəndaşlıq vermək yalnız prezidentin qərarı ilə olurdu. Bir prezident türklərə çox vətəndaşlıq payladı, amma sizə vətəndaşlıq vermədi" - Salome Zurabişvili Ninotsmondada yaşayan görüşdə iştirak edən erməni sakinlərə belə müraciət edib.

Onun Ninotsmimdada çıxışının səs qeydini yerli radio "NOR" yayımlayıb.


Salome Zurabaşvili Gürcüstanda ikili vətəndaşlıq almaq qaydasının dəyişdirilməsi haqqında da qeyd olunan kontekstdə danışıb.

"Bilirəm ki, bütün Avropada forma qəbul edilib ki, ikili vətəndaşlıq rəsmi olaraq tanınsın və ya icazə verilsin. Ona görə də indi bu il Konstitusiyada dəyişikliklər qəbul etdik. Nəticədə Gürcüstanda ikili vətəndaşlıq qadağan deyil. Eləcə də qanum qəbul etdik və həmin qanun bunu tənzimləyir və qüvvəyə minib. Ona görə də artıq ərizəni istisna olaraq deyil adi qaydada ikili vətəndaşlığa daxil edə bilərsiniz".

Salome Zurabaşvilinin türkofobiya bəyanatını "Gürcü arzusunun" üzvü David Matikaşvili yayımlayır və deyir:

"Çox adam ona qədər Gürcüstan vətəndaşı deyildi. Məhz Mixeil Saakaşvilinin prezidentliyinin son bir neçə ayı ərzində vətəndaşlıq aldılar və buna heç kim izahat vermədi ki, niyə belə geniş miqyaslı Gürcüstan vətəndaşının paylanması oldu. Yəqin Salome Zurabaşvili məhz bunu nəzərdə tutub başqa heç nəyi".

Çoxluğun daha bir üzvü Dimitri Tsikitoşvili hesab etmir ki, Zurabaşvili etnik söhbət qaldırmaq istəyir.

"Gürcüstanın demokratik təşəbbüsünün" rəhbəri Giorgi Mşveniradze isə hesab edir ki, Zurabaşvilinin türkofobiyalı bəyanatı təhlükəlidir.

"Belə bəyanat çox təhlükəlidir. Çünki bu türkofobiyanı qaldırır. Onun bəyanatı türklərdə təhlükə yaradacaq və bu birmənalı olaraq ksenofobiyadır. Bundan əlavə oxşar bəyanat etnik qrupla çıxış zamanı edilir və Türkiyəyə qədər olan Osmanlı imperiyası ilə müəyyən ağrılı əlaqələri var. Bu ikiqat təhlükəlidir. Oxşar çıxış qanun çərçivəsindədir ancaq çox zərərlidir" - deyir Giorgi Mşveniradze netgazetiyə.

Onun sözlərinə görə kiməsə vətəndaşlıq verilməsinin pis kiməsə yaxşı olmasını olduğunu deyirsənsə bu nifrətin qaldırılmasına işarədir.

"Vətəndaşlığın verilməsindən danışırıqsa etnikliyin heç bir əhəmiyyəti yoxdur. Burada qanuni əsaslar, Gürcüstanla əlaqələr dil bilikləri qərar verməlidir" - qeyd edir Mşvenieradze və prezidentliyə namizədin bəyanatını təhlükəli adlandırıb.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google