Hakimiyyət tərəfindən dəstəklənən prezidentliyə namizəd Salome
Zurabaşvili Axaltsixedə, Axalkalakidə və Ninotsmindada əhali ilə
görüş zamanı ksenofobiya məzmunlu bəyanat verib
və Mixeil Saakaşvili tərəfindən türklərə Gürcüstan vətəndaşlığının
verilməsini mənfi kontekstdə xatırlayıb.
"İndiyə kimə vətəndaşlıq vermək yalnız prezidentin qərarı ilə
olurdu. Bir prezident türklərə çox vətəndaşlıq payladı, amma sizə
vətəndaşlıq vermədi" - Salome Zurabişvili Ninotsmondada yaşayan
görüşdə iştirak edən erməni sakinlərə belə müraciət edib.
Onun Ninotsmimdada çıxışının səs qeydini yerli
radio "NOR" yayımlayıb.
Salome Zurabaşvili Gürcüstanda ikili vətəndaşlıq almaq qaydasının
dəyişdirilməsi haqqında da qeyd olunan kontekstdə danışıb.
"Bilirəm ki, bütün Avropada forma qəbul edilib ki,
ikili vətəndaşlıq rəsmi olaraq tanınsın və ya icazə verilsin. Ona
görə də indi bu il Konstitusiyada dəyişikliklər qəbul etdik.
Nəticədə Gürcüstanda ikili vətəndaşlıq qadağan deyil. Eləcə də
qanum qəbul etdik və həmin qanun bunu tənzimləyir və qüvvəyə minib.
Ona görə də artıq ərizəni istisna olaraq deyil adi qaydada ikili
vətəndaşlığa daxil edə bilərsiniz".
Salome Zurabaşvilinin türkofobiya bəyanatını
"Gürcü
arzusunun" üzvü David Matikaşvili yayımlayır və deyir:
"Çox adam ona qədər Gürcüstan vətəndaşı deyildi. Məhz
Mixeil Saakaşvilinin prezidentliyinin son bir neçə ayı ərzində
vətəndaşlıq aldılar və buna heç kim izahat vermədi ki, niyə belə
geniş miqyaslı Gürcüstan vətəndaşının paylanması oldu. Yəqin Salome
Zurabaşvili məhz bunu nəzərdə tutub başqa heç
nəyi".
Çoxluğun daha bir üzvü Dimitri Tsikitoşvili hesab etmir ki,
Zurabaşvili etnik söhbət qaldırmaq istəyir.
"Gürcüstanın demokratik təşəbbüsünün" rəhbəri
Giorgi Mşveniradze isə hesab edir ki, Zurabaşvilinin türkofobiyalı
bəyanatı təhlükəlidir.
"Belə bəyanat çox təhlükəlidir. Çünki bu türkofobiyanı
qaldırır. Onun bəyanatı türklərdə təhlükə yaradacaq və bu birmənalı
olaraq ksenofobiyadır. Bundan əlavə oxşar bəyanat etnik qrupla
çıxış zamanı edilir və Türkiyəyə qədər olan Osmanlı imperiyası ilə
müəyyən ağrılı əlaqələri var. Bu ikiqat təhlükəlidir. Oxşar çıxış
qanun çərçivəsindədir ancaq çox zərərlidir" - deyir
Giorgi Mşveniradze netgazetiyə.
Onun sözlərinə görə kiməsə vətəndaşlıq verilməsinin pis kiməsə
yaxşı olmasını olduğunu deyirsənsə bu nifrətin qaldırılmasına
işarədir.
"Vətəndaşlığın verilməsindən danışırıqsa etnikliyin heç
bir əhəmiyyəti yoxdur. Burada qanuni əsaslar, Gürcüstanla əlaqələr
dil bilikləri qərar verməlidir" - qeyd edir
Mşvenieradze və prezidentliyə namizədin bəyanatını təhlükəli
adlandırıb.