Tbilisidə bir nəfəri qətlə yetiriblər
Tbilisidə, Vaja-Pşavela prospektində gecə saatlarında bir nəfəri qətlə yetiriblər.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hüquq mühafizəçiləri hadisə yerində qəsdən adam öldürmə ittihamı ilə 25 yaşlı Q.X.-nı saxlayıblar. Təqsiri sübuta yetirildiyi təqdirdə onu 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Hüquq mühafizə orqanının verdiyi məlumata görə, istintaq nəticəsində müəyyən olmuşdur ki, müttəhim müvəqqəti yaşayış evində həmin ünvanda yaşayan mənzilin sahibi 1973-cü ildə anadan olmuş S.A.-nı soyuq silahla ölümcül yaralayıb. Cinayətin motivi və başqa təfərrüatların aydınlaşdırılması istiqamətində intensiv araşdırmalar aparılır.

Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam edir.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər