İnsanlara xas 16 növ xüsusiyyət və mənaları
İnsanlara xas bəzi xüsusiyyətləri təsvir etmək
üçün istifadə olunan sözləri sizə təqdim edirik
.
1. İntrovert
İntrovertlər utancaq və azdanışan olurlar. Sosial fəaliyyətlərdən
mümkün qədər yayınmağa çalışır və təkbaşına vaxt keçirməyə üstünlük
verirlər. İntrovert insanlar xaricə baxmaqdansa, öz düşüncələri və
hisslərinə köklənməyə daha meyllidirlər.
2. Ekstrovert
Ekstrovertsinizə, demək ki sosial mənada daha əyləncəli və
özündənrazısınız. Şənliyin gözü; işdəki təqdimatı öz boynuna
götürən; şam yeməyində ən çox danışan və karaoke gecəsində
mikrofonu əlinə ilk alan adətən siz olursunuz.
3. Narssist
Əgər güzgünü əlinizdən yerə qoya bilmirsiniz və xarici görünüşünüzə
aşiqsinizsə, o zaman sizi narssist adlandırmaq olar. Sözün kökü
yunan mifologiyasına dayanır: sudakı əksinə vurulan Narcissus adlı
gəncin adı ilə bağlıdır.
4. Altruist
Özünüzü ikinci plana salıb, başqalarına kömək etməkdən həzz
alırsınız? Demək ki altruistsiniz. Altruist eqoistin tam əksidir.
Başqalarının rahatlığı üçün özündən keçmək kimi bir məna
daşıyır.
5. Mizantropik
Başqa insanlardan xoşunuz gəlmirsə misantropiksiniz. Bu münasibəti
sərgiləməkdən də çəkinmirsiniz. Charles Dickens-in yaratdığı
Scrooge obrazı əsl misantropikdir.
6. Sadistik
Sadist insan başqalarının narahatlığı, əziyyətləri və
alçaldılmasından həzz alır. Qəddar qatilləri sadist adlandırmaq
olar.
7. Mazoxistik
Mazoxistlər öz ağrı və əziyyətlərindən ləzzət alırlar. Ultra
marafonlarda qaçan dostunu mazoxist kimi təqdim edə bilərsən!
8. Mizoginistik
"Me too" hərəkatı bu sözü unutdurub. Əgər mizoginistsinizsə, sadəcə
olaraq qadınları bəyənmir, onlara nifrət edir və qərəzli münasibət
bəsləyirsiniz.
9. Fleqmatik
Fleqmatik şəxslər həssas olmurlar və asanlıqla həyəcanlanmırlar.
Təhlükəli və qorxulu vəziyyətlərdə onlar sakit qalmağı bacarırlar.
Bu söz, qədim yunan həkimi Hippokratın Dörd Əhval nəzəriyyəsindən
yaranıb. O, insanın əhvalının bədəndəki dörd fərqli mayenin
balansından asılı olduğuna və həmin mayelərin hər birinin müxtəlif
temperamentlə bağlılığına inanırdı. Fleqma (bəlğəm) nə qədər çox
olarsa, insan bir o qədər sakit və təmkinli olar!
10. Melanxolik
Bu da Hippokratın dörd temperamentindən biridir və "qara səfra"
tərəfindən idarə olunur. Müasir elm bunu qəbul etməsə də, sifətin
mənası eyni qalmaqdadır. Melanxolik insan həm özünü kədərli hiss
edir, həm də bu cür davranır.
11. Jokos
Jokos isə yaxşı əhvalda olan birini ifadə etmək üçün istifadə
edilən sifətdir. Əgər jokossunuszsa şən, zarafatcıl və gülməyi
sevən birisiniz.
12. Obstreperus
Obstreperus insanlar normal davranışdan imtina edir və bunu ucadan
bəyan edirlər. Onlar səs-küylü və çətin idarə olunan xarakterə
malikdirlər. Sözə qulaq asmayan uşaqları müəllimlər obstreperus
kimi təsvir edə bilərlər.
13. Perspişos
Baş verənləri sezmək, anlamaq və doğru mühakimə etməkdə
cəldsinizmi? O zaman siz perspişos xarakterə sahibsiniz. İnsanların
və vəziyyətlərin əsl üzünü müəyyənləşdirməkdə son dərəcə
mahirsiniz.
14. İndefatigable
Bu söz, nəyəsə nail olmaq üçün məqsədyönlü və enerjili insanları
təsvir edir. Belələri məğlubiyyəti də qəbul etməyə meylli olmurlar.
Onlar gördükləri işdən heç vaxt bezmirlər.
15. Nevrotik
Bu kəlməni isə adi şeylər üçün belə qorxu və narahatlıq keçirən
insanlar üçün istifadə edirlər.
16. Çılğın
Əgər asanlıqla əsəbiləşən və adicə bir səsdən sinirlənən təbiətə
maliksinizsə, özünüzü çılğın adlandıra bilərsiniz. Bu sizin
kəmhövsələ, həssas və kövrək biri olduğunuz mənasına gəlir.
www.bbc.com/azeri