Prezidentin kürəkəni Mindia Qoqoçuri saxlanılıb
Prezidentin kürəkəni Mindia Qoqoçuri saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi tərəfindən “İnterPressnews” agentliyinə məlumat verilib.
Verilən məlumatda bildirilir ki, Qoqoçuri ilə birlikdə bir nəfər şəxs daha saxlanılıb.

“Daxili İşlər Nazirliyi odlu silahın qeyri-qanuni olaraq əldə edilməsi-saxlanılmasını nəzərdə tutan 236-ci maddəsi və cinayət barədə müvafiq orqanlara məlumat verməməyi nəzərdə tutan 376-cı maddəsi ilə istintaqa başlayıb” – DİN-in bəyanatında qeyd olunub.

Xatırladırıq ki, Mindia Qoqoçuri bu günədək hüqüq-mühafizə orqanları ilə problemlər yaşayıb. Müxtəlif səbəblərə görə o, əvvəllər də bir neçə dəfə saxlanılmışdı.


Print Email
FaceBook Twitter Google