Ev şəraitində
asan qayda ilə hazırlanan sadə kişmişli keks reseptini sizə təqdim
edirik
Tərkibi və istifadə olunan ərzaqlar:
• 2 ədəd yumurta
• 1 stəkan şəkər tozu
• 250 ml qatıq
• 0,5 stəkan ərinmiş kərə yağı
• 2 stəkan un
• 0,5 stəkan kişmiş(zövqə görə)
• 0,5 ç.q soda
• vanil
Hazırlanma qaydası
1. İlk öncə yumurta ilə şəkər tozu mikserlə və ya qarışdırma teli
ilə qarışdırılır.
2. Sonra qatıq, yağ, un, kişmiş, soda, vanil əlavə olunur və
qarışdırma teliylə yaxşı qarışdırılır.
3. Əgər keks üçün xüsusi kağızınız varsa keks qabınızın içinə qoyub
alınmış kütlədən qablara tökün.Əgər kağızınız yoxdursa, keks
qablarınızın içinə fırça yardımı ilə duru yağ vurub (keks bişəndə
yapışmasın deyə), alınmış kütlədən qablara tökürük.
4. Əvvəlcədən 190 dərəcə isidilmiş sobada 25 dəqiqə bişirilir.