Çörək bahalaşıb və ev şəraitində bişirmək daha sərfəlidir
15:28 / 10.12.2018
Qədim zamanlarda
insanlar od almağı öyrəndikdən sonra qızmar daş üstündə şit kökə
bişirməyə başlamışdılar. Bununla da qida problemi qismən həll
edilmişdi.
Əsl çörək bişirənlər qədim misirlilər sayılır. Onlardan biri un və
su qarışığını isti kürədə qoyub yatandan sonra səhər durub yumşaq
xəmir alındığının şahidi olub. Həmin xəmirdən çox ləzzətli çörək
bişibmiş.
Sonralar çörəkbişirmə peşəsi qədim yunanlara da keçib. Onlar çörəyi
gildən düzəldilmiş formalarda bişirirdilər.
Həmin formalara "Klibanos" deyirdilər. Qədim qotların çörəyə
verdikləri "Xlayfs", qədim alman dilində "Xlayb", rusların "Xleb",
ukraynalıların "Xlib", estonların "Leyb" adları "Klibanos" adından
törənmiş sözlərdir.
Qədim misirlilər və yunanlar çörəyi acıtma qatılmış buğda unu
xəmirindən bişirirdilər.
Qədim Yunanıstanda çörəkbişirənlər ən yüksək dövlət vəzifələri də
tuta bilirdilər.
İnsan həyatı boyu digər qida məhsulları ilə birlikdə təqribən 15
ton çörək yeyir. İnsanın sağlamlığı üçün çörək ancaq su ilə
müqayisə edilə bilər. Bəlkə də çoxları çörəyin gənclik vitamini
sayılan E vitamininin, habelə PP və B qrupu vitaminlərinin mənbəyi
olduğunu bilmirlər. Həmin vitaminlər insan beynini aktivləşdirir,
onun yorulmasına və fəaliyyətsizliyinə imkan vermir. Çörəkdə həzm
prosesini yaxşılaşdıran və orqanizmin təmizlənməsinə kömək edən
sellüloz var.
Çörək insan orqanizminin sulu karbonlara sutkalıq tələbatını təmin
edir. Çovdar çörəyi çox faydalıdır. Çovdar çörəyi qanda
xolesterinin miqdarını azaldır, maddələr mübadiləsini
yaxşılaşdırır, orqanizmdən şlakları təmizləyir, onlarca xəstəliyin,
o cümlədən onkoloji xəstəliklərin qarşısını almağa kömək edir.
1 kq un
Təmiz içməli
Su
1 çay qaşığının ucunda
maya
Yarım çay qaşığı şəkər
tozu
1 desert qaşığı
duz
Və əlbəttə ki,
soba.
İndi isə xəmirin hazırlanma qaydasına nəzər salaq: İlk öncə kiçik
qabda 1 çay qaşığının ucunda olan mayanı Yarım çay qaşığı şəkər
tozu ilə ilıq suda qarışdırırsan. Bunu ona görə edirik ki, xəmir
daha tez gəlsin. Suyu az miqdarda istifadə etmək lazımdır.
Hazırlanmış məhlulu Plastmas qabdakı 1 kq olan unun üzərinə əlavə
edirik. Və bundan sonra da Təmiz içməli Suyu unun üzərinə əlavə
edirik. Bu zaman diqqət yetirilməli olan əsas məsələ xəmirin həddən
artıq duru olmasına yol verməmək. Heç bir un qalığının qalmamasına
əmin olduqdan sonra xəmirin qarışdırılmasını dayandırırıq. Xəmir
tam hazır olandan sonra onu qarışdırdığımız qabın içinə qoyub
ağzını örtürük və isti yun örtüklə sarıyıb xəmirin gəlməsi üçün 3-4
saat gözləyirik.