Vəkil Davit Kirkitadze barəsindəki həbs qərarını apelyasiya məhkəməsinə şikayət edib
Vəkil Davit Kirkitadze barəsindəki həbs qərarını apelyasiya məhkəməsinə şikayət edib.

Vəkil Aleko Mqeladze hesab edir ki, məhkəmə onun müdafiəsi altında olan Kirkitadzeni həbsdə qeyri-qanuni şəkildə saxlayıb.

Mqeladzenin dediyinə görə, hakim 20 dekabr tarixində heç bir dəlil olmadan qərar qəbul edib və apelyasiya məhkəməsindən birinci instansiya məhkəməsinin qərarını ləğv etməyi tələb edirlər.

“Vahid Milli Hərəkat”ın üzvü Davit Kirkitadze barəsində 20 dekabr tarixində həbs qərarı verilmişdi.

Davit Kirkitadze 16 dekabrda Velistsixedə baş vermiş qarşıdurma zamanı polisə hücum, fiziki zorakılıq və əmlaka zərər vurma ittihamı ilə Cinayət Məcəlləsinin 353-cü prima maddəsi ilə hakimin qərarı ilə saxlanılmışdı.

Print Email
FaceBook Twitter Google