Gürücstan Müsəlmanları İdarəsində Şeyx vəzifəsini tutmaq üçün üç namizəd mübarizə aparır
Bu gün, 24
dekabr tarixində Gürcüstan Müsəlmanlar İdarəsində şeyx seçkiləri
keçirləcək.
Keçirilən seçkilərdə üç namizəd - Ramin
Igidov, Namiq Hüseynov və Rahid Kərimov mübarizə aparacaq.
19 dekabr tarixində Gürcüstan Müsəlmanları Ali dini İdarəsi
toplantı keçirərək gizli yolla səsvermə keçiriblər. Baş tutan
seçkilərdə ən çox səs toplayan üç namizəd seçilərək ikinci
mərhələyə keçib.
Qeyd edilməlidir ki, 21 nəfərlik ali dini şuranın üzüvləri üç nəfər
arasında bu gün seçim edəcəklər. Qalib gələn namizəd Gürcüstan
Müsəlmanları İdarəsinin nizamnaməsinə əsasən 5 il müddətinə şeyx
vəzifəsini icra edəcək.