Gürücstan Müsəlmanları İdarəsində keçirilən Şeyx seçkilərində Ramin İgidov təkrar şeyx seçilib
Bu
gün, 24 dekabr tarixində Gürcüstan Müsəlmanlar İdarəsində şeyx
seçkiləri keçirilib. Keçirilən seçkilərdə Ramin İgidov 5 il
müddətinə yenidən şeyx seçilib.
Baş
tutan seçkilərdə üç namizəd - Ramin Igidov, Namiq Hüseynov və Rahid
Kərimov mübarizə aparıb. Ən çox səs toplayan Ramin İgidov öz
vəzifəsində qalaraq yenidən Gürcüstan Müsəlmanları İdarəsininin
şeyxi olaraq fəaliyyətinə davam edəcək.
Bu gün keçirilən şeyx seçkilərində 21 nəfərlik ali dini şuranın
üzvlərindən 4 nəfəri bəzi səbəblərə görə iştirak etməyib. Yenə də
seçkilər baş tutmuş hesab edilib.
Təkrar şeyx seçilən Ramin İgidov "Marneuli" Radiosuna gələcək
planlarından danışdı.
"Ruhani olduğumuz üçün bizim fəaliyyət sahəmiz onsuzda
bəllidir. Sadəcə olaraq biz bu bir müddət ərzində işlədiyimizi
gördük ki, müəyyən təyinatlarda dəyişiklik olmağına ehtiyac var və
onları dəyişməliyik. Son 5 il ərzində deyərdim ki, təcrübə ili idi
və bu təcrübə illərində gördük ki, müəyyən məsələləri daha da yaxşı
aparmaq olar. Məqsədimiz camaatın dini sahədə ehtiycını qarşılamaq
və onların dini həyatlarını yaşamalarına daha da gözəl şərait
yaratmaqdır" - Ramin İgidov dedi.
Onu da əlavə edək ki, 19 dekabr tarixində Gürcüstan Müsəlmanları
Ali dini İdarəsi toplantı keçirərək gizli yolla səsvermə
keçiriblər. Baş tutan seçkilərdə ən çox səs toplayan üç namizəd
seçilərək ikinci mərhələyə keçib.
Qeyd edilməlidir ki, 21 nəfərlik ali dini şuranın üzüvləri üç nəfər
arasında bu gün seçim etdilər. Qalib gələn namizəd Gürcüstan
Müsəlmanları İdarəsinin nizamnaməsinə əsasən 5 il müddətinə şeyx
vəzifəsini icra edəcək.