"Biz bu ölkədə milli ayrı seçkilik istəmirik, hüquqlarmızın bərabər olmasını istəyirik" - Avaqyanın büstünün qoyulmasına etiraz edən gənc (VİDEO)
Bu gün, 8 fevral tarixində Tbilisidə Parlament binasının qarşısında Mixeil Avaqyanın Axalkalakidə ucaldılmış abidəsi ilə bağlı azərbaycanlı gənclər tərəfindən aksiya keçirildi.
Aksiyada tələbələr, fəal gənclər, QHT sektorunun nümayəndələri, bir sıra siyasətçilər və gürcü ictimaiyyət nümayəndələri iştirak edirdilər. Aksiyada çıxış edənlər Axalkalakidəkidə tez bir zamanda büstün götürülməsini tələb edirdilər. Aksiyada Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Malxaz Maçalikaşvili, Əli Babayev, Əhməd İmamquliyev, Əlibala Əsgərov, Benyamin Qasımov, Simon Kopadze, Quram Marxuliya, Tengiz Txelava və digərləri çıxış etdilər. Onlar çıxışlarında qeyd etdilər ki, Gürcüstanda separatçının büstü tez bir zamanda götürülməlidir.

Saqareco rayonundan olan gənc Taleh Aslonaov çıxış etmək üçün tirbunaya çıxdı və çıxış etməyini bildirdi. Ona mane olmaq istədilər. Amma o çıxış edərək bildird ki, Gürcüstan bizim evimizdir və bir evdə qardaş və bacı arasında söz-söhbət varsa o ailə, ailə deyil.

"Biz gəlib burda şablonlanmış sözləri deyib gedirik, belə olmaz. Biz demokratik dövlətdə yaşayırıqsa sözümüzü demək üçün kimdənsə icazə almalı deyilik. Azad şəkildə sözümüzü deməyə haqqımız var, hüququmuz var. Mən istəyirəm ki, hər bir gənc öz haqqını, öz hüququnu qorusun. Burada dursun sadəcə görünüş üçün yox, gəldik burada olduq göründük deyə yox, haqqınızı axıra qədər istəyin. Yoxsa burada boş-boşuna duraq çıxıb gedək Bu heç nə demək deyil. O heykəl sökülənə qədər hər kəs burada olmalıdır. Gürcüstan bizim evimizdir, bir evdə qardaş, bacı bunların arasında bir söz-söhbət varsa o ailə, ailə deyil. Sadəcə burada hansısa hökumət nəyə qullu edir bilmirəm. Gürcü, erməni, azərbaycanlı bunların arasında nəisə bir problem yaradırsa burada heç bir Gürcüstan vətəndaşının gələcəyindən söz gedə bilməz erməni, gürcü, azərbaycanlıya millət yox vətəndaş olaraq maneədir, minusdur bunu bilin. Bizim istədiyimiz bu gün nədir, odur ki, dövlətə qarşı çıxmırıq millətlər arasında sadəcə ixtişaş yaratmayın, pis münasibət yaratmayın qoyun hamı sakit şəkildə yaşasın. Hər kəs yenə öz milli maraqlarını qorusun. Amma ölkəmizdə yenə müharibə hər hamsı bi şey olsa biz yenə canımızdan da qanımızdan da keçərik. Bura gələn ağsaqqallar iki kəlmə danışıb getdilər belə olmaz, bizim bura gəlmək məqsədimiz heykəlin sökülməsidir. Milli ayrı seçkilik etmirəm. Milli ayrı seçkiliyi dövlətimiz yaradır bizə. Hər bir vətəndaş kimi biz də istəyirik ki, hüquqmuz bərabər olsun. Niyə? Hansı günü gətirib hansı heykəli hara qoyurlar? Yayda qoysunlar də bunu. 20 yanvar günü bunu etməklə azərbaycanlıları təhqir edib, sındırmalıdırlar. Azərbaycanlılar bunu heç vaxt özlərinə sığışdırmazlar. Özünü azərbaycanlı, türk bilən hər kəs burdadır, ayağa qalxdı ya bu sökülməlidir ya da dövlətin fikrinə hörmət etməliyik. Bu gün dövlət bir heykəl qoyubsa sabah yenə nəsə edəcək belə-belə burda azərbaycanlıları sıxışdıracaqlar. Ancaq onu da bilsinlər ki, bu dövlətdə azərbaycanlılar heç vaxt sınmayacaq, nədə alçalmayacaq. İstəyimizə nail olaq, sonacan duraq" - Taleh Aslanov dedi.

Xatırladaq ki, 20 yanvar tarixində Axalkalaki bələdiyyəsinin Buğaşen kəndində Qarabağ müharibəsində iştirak etmiş Mixeil Avaqyanın büstünün açılışı olmuşdu. Abidənin qoyulması etirazlara səbəb olub.

Print Email
FaceBook Twitter Google