Avakyanın abidəsinin qarşısında cavab aksiyası keçirildi
8 fevralda etnik Azərbaycanlılar Qarabağ müharibəsində iştirak etmiş Avakyanın abidəsinin demontajına cavab aksiyası keçiriblər.

Tblisidə keçirilən aksiyaya cavab olaraq həmin gün, Axalkalaki bələdiyyəsinin Buğaşen kəndində Avakyanın abidəsinin qarşısında gənclər hərəkatı "Зори Зорьяна"-nın üzvləri toplanıblar və öz dəstəklərini belə bildiriblər. Yazır "Jnews".

Nəşriyyatın yazdığına görə gənclər hərəkatının üzvləri hesab edirlər ki, oxşar hərəkətlə cavab reaksiyası göstəriblər. Buğaşen sakinlərinə lazım olduğu halda gənclər hərəkatı onlara dəstək olmağa hazırdır.

Xatırladaq ki, 8 fevral tarixində Tbilisidə Parlament binasının qarşısında Mixeil Avaqyanın Axalkalakidə ucaldılmış abidəsi ilə bağlı azərbaycanlı gənclər tərəfindən aksiya keçirildi.

Aksiyada tələbələr, fəal gənclər, QHT sektorunun nümayəndələri, bir sıra siyasətçilər və gürcü ictimaiyyət nümayəndələri iştirak edirdilər. Aksiyada çıxış edənlər Axalkalakidəkidə tez bir zamanda büstün götürülməsini tələb edirdilər. Aksiyada Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Malxaz Maçalikaşvili, Əli Babayev, Əhməd İmamquliyev, Əlibala Əsgərov, Benyamin Qasımov, Simon Kopadze, Quram Marxuliya, Tengiz Txelava və digərləri çıxış etdilər. Onlar çıxışlarında qeyd etdilər ki, Gürcüstanda separatçının büstü tez bir zamanda götürülməlidir.

Aksiyada çıxış edənlər Gürcüstanın ərazi bütövlüyü uğrunda canından keçən azərbaycanlı ölkə vətəndaşlarına indiyə kimi heç bir küçə və ya abidənin olmadığını qeyd ediblər.

Xatırladaq ki, 20 yanvar tarixində Axalkalaki bələdiyyəsinin Buğaşen kəndində Qarabağ müharibəsində iştirak etmiş Mixeil Avaqyanın büstünün açılışı olmuşdu. Abidənin qoyulması etirazlara səbəb olub.


Mövzu ilə bağlı digər xəbərlər:

“Abidə bizim ölkədə necə inteqrasiya siyasəti getdiyinin göstəricisi olacaq” - Zaur Xəlilov
“Bu mövzu ilə bağlı ajiotaj yaratmaq lazım deyil” – XİN Axalkalakidə qoyulmuş abidə ilə bağlı
Gürcüstan diplomatik qalmaqala qarışır – Qarabağ müharibəsində iştirak edən Mixail Avakyaniyə Axalkalakidə heykəl qoyublar
Daxili İşlər Nazirliyi Axalkalakidə “Güc Birlikdədir”-in üzvlərinə hücum olunması faktı ilə bağlı istintaqa başlayıb
"Biz bu ölkədə milli ayrı seçkilik istəmirik, hüquqlarmızın bərabər olmasını istəyirik" - Avaqyanın büstünün qoyulmasına etiraz edən gənc (VİDEO)
Azərbaycanlı gənclər Avaqyanın büstünün qoyulmasına etiraz etdilər (LIVE)
Kobaxidze Avaqyanın büstü ilə bağlı Süleymanova belə cavab verdi
Print Email
FaceBook Twitter Google