VİDEO - Vağzalda ikinci əl geyim anbarında yanğın
Tbilisidə Vağzal meydanı ərazisində yanğın baş verib.

Fövqəladə Halların İdarəolunması Xidmətinin məlumatına görə, yanğın Dinamo stadionu yaxınlığındakı bazarda ikinci əl geyim anbarında baş verib.

İlkin məlumata görə 200 kvadrat metr sahə yanıb.

Hal-hazırda yanğının söndürülməsi işləri davam edir, yanğınsöndürmə işlərinə 15 yanğınsöndürən maşın cəlb olunub.

İlkin məlumata görə, xəsarət alan olmayıb.




Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google