21 fevral üçün ulduz falı
Qoç - Maraq dairənizdə olan işə nə qədər tez başlasanız, bir o qədər yaxşı nəticələrə nail ola bilərsiniz. Qətiyyətli və əzmkar olun. Yaxın ətrafınızdakı insanlar uğurlarınızı görəcəklər. Yeni müttəfiq və ya tərəfdaş qazana bilərsiniz. Qohumlarla çoxdankı anlaşılmazlıqlardan birinə son qoymaq, sevdiyiniz insanla münasibətlərdəki sərinliyi aradan qaldırmaq imkanları var.

Buğa - Yeni tanışlıqlar asanlıqla yaranır. Maraqlı insanlarla tanış ola bilərsiniz. Yaşamınızda önəmli rol oynaya biləcək yeni təmas formalaşa bilər. Sevdiyiniz, rəğbət bəslədiyiniz insanları xoş xəbərlərlə sevindirin.

Əkizlər - Pərişanlıq və təəssüf, itkilər istisna deyil. Etibar etdiyiniz, güvəndiyiniz insanlar etimadınızı doğrultmayacaqlar. Olayların əlverişsiz inkişaf məcrası sizi planları sürəkli dəyişməyə, səbirsizliklə gözlədiyiniz görüşləri təxirə salmağa vadar edəcək. Ailədə mübahisə, yaşlılarla münaqişə riski var.

Xərçəng - Qeyri-standart qərarlar günüdür. Pozmaq istəmədiyiniz qayda yoxdur. Ehtiyatlı və məntiqli olun. Eksperimentlərə vaxt sərf edərək əsas məqsəddən yayınmayın. Şəxsi münasibətlərdə harmoniya hökm sürür. Yaxınlarınızla dil tapın, onların təlaş və ya sevinclərini bölüşün. 

Şir - İşgüzar təmaslar, danışıqlar, müqavilə və anlaşmalar, təşkilati məsələlərin həlli üçün əlverişli zamandır. İşlər və yerinə yetiriləsi tapşırıqlar, həllini gözləyən məsələlər çox olsalar da, özünüzü itirməyin. Heç nəyi diqqətdən qaçırmayın, səhvlərə yol verməyin. Gəlirlər ola bilər.

Qız - Qeyri-adi işlər və yeniliklər, qəfil məlumatlar zamanıdır. Uzaq səfər və ya səyahətə yollanmaq olar. Sonuc uğurludur. İşgüzar tərəfdaşla fikir ayrılıqlarına son qoymaq, işdə rəhbərliklə münasibətləri normallaşdırmaq şansları var. Bilik, bacarıq və təcrübənin artırılması üçün əlverişli zamandır.

Tərəzi - Çətin və qarışıq emosional fonu olan gündür. Ağır problemlərlə qarşılaşaraq çətinliklərin fəsadlarının ağrısını çəkə bilərsiniz. Yaxınlarınızla fikir ayrılıqları istisna deyil. Sülhü, münasibətlərdəki rəvanlığı qorumaq üçün haqlı olsanız belə, güzəştə getməyi bacarın.

Əqrəb - Çətin və qarışıq gündür. Əvvəlki vaxtlarla müqayisədə yaxın ətrafdakı insanların təsiri altına daha tez düşməyin. Az qala hər təmas emosional sınağa çevrilməsin. Həssas və sayıq olun. Heç bir səbəb olmadan insanların xətrinə dəyməyin.

Oxatan - Ev işləri çox vaxt alır. Ailə problemi düşündüyünüzdən də ciddidir və məsuliyyətli yanaşma tələb edir. Əfsuslar olsun ki, sizi bəzi problemlərin baiskarı hesab edirlər. Halbuki həmin problemlərin yaranmasında heç bir suçunuz yoxdur. İndi istənilən izahat effekt verməyəcək. Durumdan çıxış yolu tapmaq barədə düşünün.

Oğlaq - Ən kiçik amilləri, hətta xırda detalları nəzərə alın. Hadisələrin mümkün inkişaf məcrasını təxminləməyə çalışın. Uzunmüddətli planlaşdırmada rəqibləri üstələməyə can atın. Sizdən yardım və məsləhət istəyirlər. Nüfuzunuzu artacaq.

Dolça - Ehtiyatlı və həssas davranın. Bu gün yol verəcəyiniz səhvlər peşə fəaliyyəti müstəvisində problemlər yarana bilər. Yalnız kollektivin həll edəcəyi problemin öhdəsindən təkbaşına gəlməyə çalışmayın. Etibarlı və zəhmətkeş yardımçılar seçə bilərsiniz. Uğuru müttəfiqlə bölüşməli olacaqsınız. Narahat olmayın, irəliləyin.

Balıqlar - Qohumlarla əlaqələr daha da sıx olur. Ailədəki məsələləri həll edərkən hamını təmin edən variantı tapa bilərsiniz. Sevdiyiniz insanla münasibətlərdəki harmoniya sizi razı salacaq.

Print Email
FaceBook Twitter Google