29 mart tarixində Marneuli bələdiyyəsinin Kürtlər kənd məscidində
iftar süfrəsi təşkil olundu.
İftar süfrəsindən öncə din xadimləri tərəfindən dualar oxundu və
Ramazan ayı haqda mərasim iştirakçılarına məlumatlar verildi.
Daha sonra din xadimi Rufin Şərəyev və Kürtlər kənd məscidinin
imamı Teymur Qəhrəmanov çıxış edərək, Ramazan ayının əhəmiyyətindən
və bu ayda tutulan orucun savabından danışdılar.
İftar süfrəsində
iştirak edən kənd sakinləri də çıxış edərək
müsəlmanları Ramazan ayı və qarşıdan gələn Ramazan bayramı
münasibətilə təbrik etdilər. Ölkədə və dünyada sülh, əmin-amanlıq
olmasını dilədilər.
Tədbirdə iştirak edən kənd sakinləri qonaqlara və iftar süfrəsinin
təşkil olunmasında əməyi keçən hər kəsə öz təşəkkürlərini
bildirdilər.
Qeyd edək ki, iftar süfrəsi kəndin gəncləri tərəfindən təşkil
olunmuşdu.
İftar sürəsindən sonra dini ayinlər oxundu və İslam dini və onun
adət-ənənələrindən söhbət açıldı.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415