1 aprel tarixində “Lelo Gürcüstan Naminə” partiyası Marneulidə
iftar süfrəsi təşkil etdi.
İftar süfrəsi partiyanın Kvemo Kartli üzrə rəhbəri Aqil
Mustafayevin təşkilatçılığı və partiyanın maddi dəstəyi ilə təşkil
olunmuşdu.
Tədbirdə “Lelo” partiyasının rəhbəri Mamuka Xazaradze, Siyasi
Şuranın rəhbəri Badri Çaparidze, partiyanın katibi İrakli Kupradze,
İmam Əli Məscidinin axundu Hacı Hacıyev və iftar süfrəsinə dəvət
olunmuş şəxslər iştirak
edirdilər.
Müsəlmanları Ramazan ayı münasibətilə təbrik edən Mamuka Xazaradze
mətbuata açıqlamasında bildirdi ki, Ramazan bayramının bütün
Gürcüstanda ümumi bayram olmasını istəyir.
“Azərbaycanlı bacı və qardaşları bugünkü bayram
münasibətilə təbrik edirəm. Onlara ailələrində firavanlıq,
ölkəmizin birlikdə inkişafını arzu edirəm. Biz tarixi olaraq bir
torpaqda yaşayırıq, eyni torpağa, eyni işə xidmət göstəririk.
İstəyirəm, bu bayram bütün Gürcüstanda ümumi bayram olsun. Çünki
biz birlikdə Gürcüstan dövlətini qururuq. Bir daha qardaşlıq,
dostluq üçün hər birinizə minnətdarlığımı bildirirəm. Bir daha
sizin hər bir ailə üzvlərinizi təbrik edirəm. Uzun ömür, xoşbəxtlik
arzu edirəm”, – Mamuka Xazaradze dedi.
Partiyanın Kvemo Kartli üzrə rəhbəri Aqil Mustafayev də Ramazan ayı
münasibətilə müsəlmanları təbrik etdi və qeyd etdi ki, təşkil
olunan iftar süfrəsi heç bir siyasi məqsəd daşımır.
“Biz bu iftar süfrəsində çalışdıq ki, bütün Gürcüstanda
yaşayan müsəlmanlar bizimlə birlikdə iştirak etsin. Burada bizim
hər hansı siyasi məqsədimiz yoxdur. Sadəcə Lelo rəhbərliyi və bizim
təşəbbüsmüzlə istədik ki, müsəlman qardaşlarla birlikdə bu önəmli
iftar saatını bölüşə bilək. Sizin vasitənizlə burda iştirak edən,
bizim dəvətimizi qəbul edib gələnlərə təşəkkür edirəm. Allah
onların oruclarını qəbul etsin. Yaxın gələcəkdə də bizim bu cür
görüşlərimiz davam edəcək”, – Aqil Mustafayev
dedi.
Onu da qeyd edək ki, tədbir zamanı partiya rəhbərliyi Aqil
Mustafayevi “Lelo” partiyasının siyasi şurasına üzv olduğunu da
açıqladı.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415