Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Gürcüstanda rəsmi
səfərdə olan Türkiyə Respublikası Parlamentinin Milli Müdafiə
Komitəsinin sədri Hulusi Akari ilə görüşüb.
Görüş çərçivəsində tərəflər Gürcüstan və Türkiyə Respublikası
arasında müxtəlif istiqamətlərdə sıx və dostluq əlaqələrinin
əhəmiyyətini vurğulayıblar.
Vaxtanq Qomelauri həmçinin qeyd edib ki, iki ölkənin hüquq-mühafizə
orqanları arasında fəal və səmərəli əməkdaşlıq qurulub ki, bu
da
Gürcüstan tərəfi üçün xüsusi əhəmiyyət kəsb edir. Görüş
iştirakçıları tərəflər arasında təcrübə və qabaqcıl təcrübə
mübadiləsinin vacibliyinə də diqqət yetiriblər.
Bundan əlavə, Vaxtanq Qomelauri Gürcüstan tərəfinin Türkiyə tərəfi
ilə müxtəlif istiqamətlərdə əməkdaşlığı genişləndirməyə hər zaman
hazır olduğunu vurğulayıb.
Görüşün sonunda tərəflər gələcək münasibətlərin perspektivlərindən
danışıb və ölkələr arasında mövcud əməkdaşlığın birgə səylərlə daha
da dərinləşəcəyinə ümidvar olduqlarını bildiriblər.
Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.