Parlamentin qarşısında “Xarici təsirin şəffaflığı haqqında” qanun
layihəsinə etiraz aksiyası keçirilir.
Mitinq təşkilatçılarının bildirdiyinə görə, Daxili İşlər
Nazirliyinin aksiya iştirakçılarının sayı bunu tələb etmirsə, yolun
hərəkət hissəsinin kəsilməsinin qadağan olunduğu barədə
açıqlamasından sonra, bugünkü etiraz aksiyasında müəyyən
təxribatlar törədilə bilər.
Gənclərin fikrincə, aksiya ifadə azadlığının hüdudlarından kənara
çıxmayacaq və polisin də eyni addımı atacağına ümid edirlər.
“Biz hələ də insanların toplanmasını gözləyirik. Ümid
edirik ki, çox insan toplaşacaq. Etirazımız kortəbii və prosesdə
planlaşdırılmışdır. Bu gün biz də Daxili İşlər Nazirliyinin
bəyanatını gördük və hesab edirik ki, hansısa təxribatların olması
riski var.
Etiraz aksiyası bu gün başlamayıb və bitməyəcək. Bu, kortəbii,
lakin dinc, xoş və möhkəmdir. Biz heç bir halda ifadə çərçivəsindən
kənara çıxmayacağıq və polisin də eyni addımı atacağına böyük
ümidimiz var”, - mitinq iştirakçıları
bildiriblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.