Bu gün Azərbaycanda növbədən kənar prezident seçkiləri keçirilir
Bu gün, 11 aprel tarixində Azərbaycan Respublikasında növbədənkənar prezident seçkiləri günüdü.
Mərkəzi Seçki Komissyasının məlumatına görə səsvermə saat 8:00-da başlayıb və 19:00-da başa çatacaq.

Dəqiqləşdirilmiş vahid seçici siyahısına əsasən, xaricdəki seçicilər də daxil olmaqla, Azərbaycanda 5 milyon 309 min 434 seçici var.

Seçicilərin 50,78 faizi qadın, 49,22 faizi kişidir.

Seçicilər 125 seçki dairəsinin 5426 seçki məntəqəsində səs verəcəklər.

Azerbaycan Respublikası prezidenti olmaq uğrunda 8 namizəd mübarizə aparır.

Milli Şura da daxil bir neçə müxalif siyasi qurum seçkilərin ertələnməsi barədə qərarı tənqid edərək səsverməni boykot edirlər.

"Marneuli" Radiosu
Print Email
FaceBook Twitter Google