İlham Əliyev əhaliyə - İrəli, yeni qələbələrə doğru!
Azərbaycan Prezident seçkilərində qalib gəlmiş İlham Əliyev ölkə əhalisinə dəstək üçün təşəkkürünü bildirib.
“Xalqın dəstəyini hər zaman hiss etmişəm. Bu bizim inkişafımız üçün çox mühüm şərtdir” – Əliyev bildirib.

O, həmçinin qeyd edib ki, Azərbaycan əhalisi “təhlükəsizliyə, və inkişafa səs verib”.

“Sizin dəstəyiniz son 15 il ərzində gördüyümüz işlərə verilən dəyərdir. 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3.2 dəfə böyüyüb. Bununla belə biz daha da güclü olmalıyıq. İrəli, Yeni qələbələrə doğru!” – Əliyev deyib.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun bildirdiyinə görə, Bülletenlərin 65%-i sayılıb və bu nəticələrə görə, İlham Əliyev 86.09% səs toplayıb.

Print Email
FaceBook Twitter Google