Paşinyan bu gün Soçidə Putinlə görüşəcək
Rusiya Prezidenti Vladimer Putin bu gün, 14 may tarixində Soçidə Avrasiya İqtisadi Birliyi Sammitinin çərçivəsində Ermənistanın yeni seçilmiş Baş-naziri Nikol Paşinyanla şəxsən görüşəcək. Məlumatı rus agentliyi Ria-Novosti yayır.

Rusiya Prezidentinin müavini Yuri Yuşakovun sözlərinə görə, görüşdə tərəflər güman ki, regional təhlükəsizlik və ikitərəfli gün qrafikinin əsas məsələlərini müzakirə edəcəklər. Yuşakovun sözlərinə görə, bu görüş eləcə də iki ölkə rəhbərlərinin bir-birini tanıması üçün vacibdir.

Rusiya ilə münasibətlərin siyasətinə dair Ermənistanın müxalifət lideri və yeni seçilmiş baş naziri son günlər ərzində dəfələrlər şərh verməli olub. Onun bəyənatına görə, Ermənistanın xarici siyasi kursu dəyişmir və heç avrasiya İqtisadi Birliyindən və ODKB-dan (kollektiv təhlükəsizlik sazişi təşkilatı) çıxmağı da planlaşdırmır. Eyni zamanda Paşinyan Ermənistan Avropa İttifaqı və Avropa Birliyinin üzv ölkələri ilə münasibətlərin dərinləşdirilməsini diqqətə yetirib. Eləcə də Ermənistan vətəndaşları üçün Avropa Birliyi ölkələri ilə viza rejiminin asanlaşdırılması üçün hər şey edəcək.


Mənbə: Netgazeti
Print