İlham Əliyev tərəfindən 11 Gürcüstan vətəndaşı əfv olunub
Azərbaycan respublikasının prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə 634 məhbusun əfv olunması haqqında sərəncam imzalayıb. Əfv olunanlar arasında 11 Gürcüstan vətandaşı da var.

Bu barədə Azərbaycan mətbuatı prezident adminstrasiyasına istinadən məlumat yayıb.

Gürcüstan vətəndaşlarından başqa, İlham Əliyev beş Çin vətəndaşı, dörd Rusiya vətəndaşı, dörd İran vətəndaşı, dörd Banqladeş vətəndaşı, həmçinin hər birindən iki nəfər olmaqla Türkiyə, Qazaxstan, Özbəkistan, Kamerun, Hindistan, Əfqanistan və Ukrayna vətəndaşlarının azad edilməsi haqqında sərəncam imzalayıb.

Əfv olunanlar arasında üç nəfər vətəndaşlığı olmayan şəxs də var.

Azadlığa buraxılan Gürcüstan vətəndaşlarının siyahısı belədir.

1. Əhmədov Pərviz Təbriz oğlu, 1994-cü ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2014-cü il 17 oktyabr tarixli hökmü ilə məhkum edilib.
2. Çabaşvili Merab Robertoviç, 1963-cü ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 18 mart tarixli hökmü ilə məhkum edilib.
3. Xəlilov Şahin Məhəmməd oğlu, 1979-cu ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2016-cı il 9 avqust tarixli hökmü ilə məhkum edilib.
4. İsayev Nemət Hamlet oğlu, 1989-cu ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2015-ci il 6 noyabr tarixli hökmü ilə məhkum edilib.
5. Kalov Ceyhun Kamandar oğlu, 1985-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 2 oktyabr tarixli hökmü ilə məhkum edilib.
6. Qviniaşvili Gela Piruzoviç, 1961-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Balakən rayon məhkəməsinin 2017-ci il 6 fevral tarixli hökmü ilə məhkum edilib.
7. Musayev Məmməd Kamandar oğlu, 1991-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 10 dekabr tarixli hökmü ilə məhkum edilib.
8. Şaripov Hüseynəli, 1993-cü ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 30 yanvar tarixli hökmü ilə məhkum edilib.
9. Təzəxanov Muraz Həmid oğlu, 1984-cü ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 1 fevral tarixli hökmü ilə məhkum edilib.
10. Yusubova Samirə Tofiq qızı, 1989-cu ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 19 yanvar tarixli hökmü ilə məhkum edilib.
11. Almazov Aqil Qurban oğlu, 1975-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 27 oktyabr tarixli hökmü ilə məhkum edilib.

Print Email
FaceBook Twitter Google