"Prezidentin şəkli olan qəzetləri tualetdə istifadə etməyin" - türkmənlərə xəbərdarlıq
Türkmənistanda yerli polis tualetlərdə Qurbanqulu Berdıməhəmmədovun təsviri olan qəzetlərdən tualet kağızı yerinə istifadə olunduğu barədə xəbərləri yoxlayır, Moskvada mənzillənən Fergana.ru vebsaytı xəbər verir.

Xəbərə əsasən, ölkənin qərbində yerləşən Balkan bölgəsinin polisi əməkdaşlarına ictimai yerlərdə tualetləri yoxlamaq göstərişi verib.

Polis əməkdaşlarına bu məqsədlə zibillikləri də yoxlamaq göstərişi verilib, Fergana qeyd edir.

Xəbərdə qeyd olunur ki, prezidentin şəklinə "zərərvurma" halları aşkar olunacağı təqdirdə, bunu edənlərə qarşı xəbərdarlıq bildirişi veriləcək.

Bu arada Alternativnnye Novosti Turkmenistana vebsaytı qeyd edir ki, belə xəbərdarlıq bildirişlərinin sayı olduqca çox ola bilər, çünki saytın qənaətinə görə, türkmənlərin iqtisadi böhran üzündən tualet kağızına xərcləməyə əlavə pulları yoxdur.

Sayt əlavə edib ki, Türkmənistan liderinin portretləri bütün qəzetlərə vurulduğundan həmin təsvirləri çirkləndirməmək çətindir.

ABŞ tərəfindən maliyyələşdirilən Azatlyk radiosunun xəbərinə görə, tualetlərdə istifadə olunanın kağızların yoxlanışı ilə bağlı tədbirlər Berdıməhəmmədovun portretlərinə zərər vurduqları səbəbilə bir neçə uşaq, deyilənə görə, saxlandıqdan sonra başlayıb.

Saytın bildirdiyinə görə, saxlanan uşaqların bir qismi Berdıməhəmmədovun portretini yerə ataraq onu tapdalayıblar, digərləri isə Berdıməhəmmədovun təsvirinə bığ və saqqal çəkiblər.

Mənbə: bbc.com
Print Email
FaceBook Twitter Google