"Azərbaycan Respublikası Gürcüstanın BMT-yə üzv olarkən
beynəlxalq səviyyədə qəbul olunmuş sərhədləri daxilində ərazi
bütövlüyü və suverenliyini tanıyır".
"Marneuli" Radiosunun xəbərinə görə, bu sözləri Suriya hökuməti
tərəfindən Abxaziya və Cənubi Osetiyanın müstəqil dövlət kimi
tanınmasını
APA-ya şərh edən Azərbaycan Xarici İşlər
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, bu, Azərbaycanın prinsipial mövqeyidir.
"Azərbaycan Gürcüstanın iştirakı ilə regionda bir çox
geostrateji layihələr həyata keçirir. Azərbaycan qazını Avropa
bazarına daşıyan Cənub Qaz dəhlizi bu qəbildən olan layihələrdən
biridir. Bu kimi layihələr Azərbaycanla bərabər, Gürcüstanın da
maraqlarına tam cavab verir və onun inkişafına xidmət
edir", - deyə H. Hacıyev söyləyib.