Bakıda özəl bağçalardan birində uşaqlara qarşı zorakılıq əks etdirən video
17:35 / 11.06.2018
Bakıdakı məşhur özəl bağçalardan birində uşaqlara qarşı kobud
rəftar, təhqir və işgəncə faktlarının açıq-aşkar əks olunduğu video
yayılıb.
Videogörüntülər müxtəlif günlərdə təhlükəsizlik kameraları
tərəfindən lentə alınıb və hər gün uşaqlara qarşı kobudluq
olub.
Məsələ ilə bağlı AZXEBER.COM adıçəkilən bağça ilə əlaqə
saxlayıb. Bağçadan bildiriblər ki, həmin görüntü onların bağçasında
olsa da, orada döyülmə faktı olmayıb: "Bu uşaq mənim öz uşağımdır
və sadəcə tənbeh etmişəm. Xəbərdə qeyd olunduğu kimi hallar
olmayıb".