Azərbaycanda Mingəçevir şəhərində ölkənin ən böyük elektrik stansiyasında partlayış baş verib
FHN-dən APA-ya verilən məlumata görə yanğın tamamilə söndürülüb, soyutma işləri aparılır və vəziyyət tamamilə nəzarət altındadır . “Ölkə ərazisində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa ediləcək. Heç bir panikaya əsas yoxdur”, deyə FHN rəsmisi bildirib.

Qeyd edək ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Məlumata görə ölkənin şimal rayonlarının bəzilərinə elektrik enerjisinin verilişi bərpa edilib. Bir neçə saat ərzində bütün ölkə ərazisində elektrik enerjisinin verilişi bərpa edilib.

***

01:44

Mingəçevirdə İES-də yanğın söndürülüb.

APA-nın məlumatına görə, partlayış 6-cı blokda baş verib. Həmin blok enerji istehsalı ilə məşğul olur və paylayıcı stansiyalara enerji ötürür. Yanğın məhz bu blokda baş verib. Yanğın söndürülüb.

Hadisənin ilkin səbəbi kimi həddindən artıq yüklənmə göstərilir.

Hadisə yerinə FHN-nin qüvvələri cəlb olunub və artıq 6-cı blokda və yarımstansiyada baş verən yanğın söndürülüb.

***

01:11

Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 1-ci və 6-cı enerji blokunda partlayış baş verib hal hazırda yanğın davam edir.

APA-nın məlumatına görə, FHN-nin Mingəçevir və ətraf rayonlardan olan yanğından mühafizə hissələri hadisə yerinə cəlb olunub.

Hadisənin səbəbi hələlik məlum deyil. Hazırda ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb.


Print Email
FaceBook Twitter Google