Türkiyədə qatar aşdı: Ölənlər və yaralılar var
Türkiyənin Çorlu şəhəri (Tekirdağ əyaləti) yaxınlığında Uzunköprüdən Halkalıya gedən sərnişin qatarı qəzaya uğrayıb. Qəza nəticəsində 24 nəfər dünyasını dəyişib.

Bu barədə Türkiyə baş nazirinin müavini Rəcəb Akdağ bildirib.

Məlumata əsasən, Çorlu yaşayış məntəqəsi yaxınlığında baş verən qəzaya leysan yağışların yağması nəticəsində relslərin altındakı torpağın yuyulması olub.

Qeyd edək ki, iyulun 8-i yerli vaxtla saat 17:00-da Çorlu şəhəri yaxınlığında 362 sərnişin və 6 heyyət üzvünü Uzunköprüdən Halkalıya daşıyan 6 vaqondan ibarət sərnişin qatarı qəzaya uğrayıb. Nəticədə qatarın 5 vaqonu relsdən çıxıb.

Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google