Qubada yerləşən “Quba Palace Hotel”ə (Əvvəlki adı Quba Rixos)
məxsus olan kanat qırılıb.
Hadisə zamanı ölən və yaralananlar olub.
Kanatın qırılması nəticəsində hotelin əməkdaşı, Qubanın Amsar kənd
sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb.
Bundan başqa, Quba sakinləri 1958-ci il təvəllüdlü Həsənov Rafiq
Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu
xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: apa.az