Yunanıstanda baş vermiş yanğın nəticəsində ən az 50 adam ölüb - yanğına hələ də nəzarət etmək mümkün deyil
BBC-nin məlumatına görə, Yunanıstanda Afina yaxınlığında baş vermiş geniş miqyaslı meşə yanğınlarında ən azı 50 nəfər ölüb.
Qırmızı Xaçın bildirdiyinə görə, fəlakətin episentrində 26 nəfərin cəsədi aşkarlanıb. Xilasedicilər sakinləri fəlakətə yaxın yaşayış məntəqələrindən təxliyə edirlər. Yüzlərlə adam yanğına görə evlərini tərk etmək məcburiyyətində qalıb.

Yaralananların sayı da çoxdur. Fəlakət nəticəsində 104 adam yaralanmış, onlardan 11-nin vəziyyəti ağırdır. Yaralılar arasında 16 uşaq var.

Yunanıstan hökuməti kömək üçün Avropa ölkələrinə müraciət edib. Yunanıstana İtaliya, Almaniya, Polşa və Fransadan əlavə helikopterlər, xüsusi texnika və yanğınsöndürənlər göndərilib.

Yunanıstanda yanğın ötən gün, 23 iyul tarixində baş verib və elə həmin gün yaşayış məskənlərinə də yayılıb. Yanğın nəticəsində Afinanın 50 kilometr qərbində yerləşən Kineta kurort şəhərindəki onlarla ev yanıb.

Gürcüstan səfirliyinin qaynar xətti 23 iyul tarixində gecə Afina ətrafında meydana gəlmiş yanğından zərər çəkmiş üç Gürcüstan vətəndaşı ilə əlaqə saxlayıb. Səfirliyin məlumatına görə, onlara lazımi yardım göstərilib.

Səfirliyin verdiyi məlumata görə, dünən axşam gecə saatlarında Gürcüstan vətəndaşlarından biri konsul zabitləri tərəfindən yanğın zonasından çıxarılıb.

Afina bəzi ətraf bölgələrində baş vermiş güclü yanğın a görə Gürcüstan səfirliyi gücləndirilmiş iş reşimində çalışmağa davam edir və Yunanıstanda yaşayan Gürcüstan vətəndaşlarına müraciət edərək +306995779793 qaynar xətt nömrəsi ilə əlaqə saxlamağa və Gürcüstan vətəndaşları ilə bağlı məlumat verməyə çağırıb.


Print Email
FaceBook Twitter Google