Misir zooparkı uzunqulağı boyamaqda və zebra şəklinə salmaqda
ittiham olunur.
Zoopark isə bunu təkzib edir.
BBC-nin məlumatına görə, tələbə Mahmud Sarhan Qahirə beynəlxalq
zooparkında olarkən zebra ilə şəkil çəkdirib və “Facebook”
vasitəsilə yayımlayıb.
Heyvanın alçaqboylu, şəklənmiş və böyük qulaqları olmasından əlavə
boyanın üzünə axdığı görünür.
Heyvanın şəkli sosial şəbəkələrdə yayılıb. Mütəxəssislər bildirir
ki, bu zebra deyil.
Yerli extranews.tv ilə müsahibəsi zamanı baytar bildirib ki,
zebranın burnu qaradır, zolaqları isə ardıcıl və paraleldir.