Las-Veqas polisi amerikalı Katrin Maiorqanı zorlamaqda ittiham
edilən Kriştianu Ronalduya qarşı istintaqa başlayıb.
Müvafiq bəyanatı Las-Veqas polisi yayıb.
“The New York Times”ın məlumatına görə, Maiorqa Nevada Ştatı
Məhkəməsinə Ronalduya qarşı şikayət ərizəsi ilə müraciət edib. Onun
dediyinə görə, insident 2009-cu ilin iyun ayında baş verib. 2010-cu
ildə isə Ronaldu ona məsələnin məhkəmə yolu ilə həll edilməməsi
üçün 375 min dollar verib. Öz haqlılığını təsdiqləmək üçün Maiorqa,
onunla Ronaldu arasında imzalanmış hüquqi sənədin bir hissəsini
Almaniyanın Der Spiegel jurnalında yayımlayıb.
Ronalduya gəlincə isə o, bildirib ki, Katrin Mayorqa onun hesabına
məşhurluq qazanmağa çalışır.