Bədbəxt hadisə Moskvanın “Şeremetevo” hava limanında baş verib.
Rusiya istintaq komitəsinin məlumatına görə, İspaniyadan
deportasiya edilmiş,
Moskvadan keçməklə vətəninə qayıdan Ermənistan vətəndaşı sərnişin
təyyarəsinin vurması nəticəsində dünyasını dəyişib.
Rusiya mətbuat vasitəsi “Meduza”nın məlumatına görə, hadisə 20
noyabr tarixində axşam saatlarında baş verib. Hüquq mühafizəçiləri
mərhumun bədəninin hissələrini Moskva-Afina reysinin uçuşundan
sonra tapıblar. Hadisə yerindən həmçinin mərhumun şəxsi əşyaları və
sənədləri də tapılıb.
Mərbuat vasitəsinin yazdığına görə, Moskva-Afina reysinin pilotları
dispetçerə məlumat veriblər ki, deyəsən heyvan vurublar, ancaq
təyyarəyə zərər dəyməyib və uçuşu davam etdirirlər. Bu məlumatı
aldıqdan sonra hava limanının təhlükəsizlik xidməti əməkdaşları
uçuş zolağına gediblər və ölmüş gənci tapıblar. Hadisə nəticəsində
“Şeremetevo” hava limanında bir neçə reysin uçuşu gecikib. Qəza
törədən təyyarə isə Afinaya salamat çatıb, lakin hava limanında
yoxlayış zamanı təyyarənin korpusunun zədələndiyi aşkarlanıb.
“İnterfaks”ın məlumatına görə, İspaniiyadan qovulmuş gənc
Madrid-Moskva reysində qarışıqlıq yaradıb və bort bələdçisini
vurub. Daha sonra hüquq mühafizəçiləri onu çıxışda duran avtobusa
aparırlar, lakin təhlükəsizlik kameralarından görünür ki, 25 yaşlı
gənc təyyarəyə qədər aparacaq avtobusa minmir və iti addımlarla
uçuş zolağına doğru gedir.