Rusiya Kerç boğazında Ukrayna gəmilərinə atəş açıb
Rusiya sərhəd mühafizəsi gəmiləri Ukrayna Dəniz Donanmasının gəmilərinə Kerç boğazını tərk edərkən atəş açıb. Bu haqda məlumatı Ukrayna tərəfi yayımlayıb.


Əldə olunan məlumatlara görə, “Berdiansky” və “Nikopol” adlı iki kiçik artilleriya gəmisi Odessa limanından Mariupola keçməyi planlaşdırırdılar. Bundan əlavə, “İan Kapu” da zorla dayandırılmışdı. Ukrayna tərəfi bildirir ki, həmin gəmilər Rusiya tərəfindən saxlanılıb. Hadisə nəticəsində bir neçə Ukraynalı dənizçi yaralanıb.

Rəsmi Kiyevin verdiyi məlumata görə, Rusiyanın təcavüzkar hərəkətləri ilk olaraq 25 noyabr tarixində səhər saatlarında başladı. Həmin vaxt üç Ukrayna gəmisi Odessadan Mariupol istiqamətinə yönəlmişdi. Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiya gəmisi Ukrayna gəmisi ilə qəsdən toqquşub. Ukrayna tərəfinin sözlərinə görə, gəmilərin hərəkəti əvvəlcədən planlaşdırılmmışdı.


Print Email
FaceBook Twitter Google