Qarabağın De-Fakto prezidenti
Bako Saakyanın 24 noyabrda Moskvaya səfərindən Azərbaycan tərəfi
narahat olub.
Ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, həmin
səfər Qarabağ münaqişəsinin sülh yolu ilə həllini təhlükə altına
qoyur və vəziyyəti daha da ciddiləşdirə bilər.
Konkret olaraq Bakı Rusiyanın Bako Saakyanı ölkəyə buraxmasından
narahat olub. Azərbaycan XİN-nin bəyanatına görə, bu Rusiyanın
Minsk qrupunun sədr ölkəsinin vasitəçi roluna və Rusiya-Azərbaycan
ikitərəfli əlaqələrinin səviyyəsinə ziddir:
“Oxşar” “Voyajlar” münaqişə ilə bağlı vəziyyətdə gözlənilməz
nəticələrə səbəb ola bilər. Belə olan halda bütün cavabdehlik
erməni tərəfinin üzərinə düşür”.
Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi 1988-ci
ildə başlayıb. Azərbaycan hesab edir ki, Dağlıq Qarabağ və yeddi
ətraf rayon – Azərbaycanın 20%-i, Ermənistanın silahlı qüvvələrinin
işğalı altındadır. Ermənistan isə buna qəti etiraz edir.1994-cü
ildə tərəflər atəşkəs barədə razılaşmaya imza atıblar, ancaq bu gün
də beynəlxalq təşkilatların himayəsi altında iki ölkə arasında
aparılan danışıqlar uğursuz hesab olunur. Hər iki tərəf daim
bir-birini atəşkəs rejimini pozmaqda günahlandırır.