Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun vaqonlarını
birgə istehsal edəcək.
Məlumatı Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit
Turhan verərək deyib:
“Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu xəttində
istifadə ediləcək vaqonların istehsal ediləcəyi birgə zavod
yaradacaq.
Sözü gedən mövzu ilə bağlı paytaxt Bakıda Azərbaycan Dövlət Dəmir
Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla
görüşdüm, Bakı-Tbilisi-Qars dəmir yolunun daha yaxşı xidmət
göstərməsi üçün görüləsi işləri müzakirə etdik.
Bakı-Tbilisi-Qars dəmir yoluna böyük sərmayə qoyuldu. Buradan
yalnız Azərbaycan, Gürcüstan və Türkiyənin deyil, bütün qonşu
ölkələrin yüklərinin daşınması nəzərdə tutulur. Buna görə də
Azərbaycan və Türkiyə birlikdə Azərbaycanda bir zavod yaradacaq və
yük vaqonlarını birgə istehsal edəcəyik. Layihə işləri tamamlanmaq
üzrədir.
Hələlik Bakı-Tbilisi-Qars dəmir yolu ancaq yük nəqliyyatı xidmətini
həyata keçirir. Sərnişin nəqliyyatı sonrakı illərdə başlayacaq” -
Mehmet Cahit Turhan bildirdi.
Mənbə: trt.net.tr