DİN Avropalı həmkarları ilə əməkdaşlıqla Fransada 2 gürcü “qanuni oğru” və mütəşəkkil cinayətkar qruplaşmanın 8 nəfər üzvünü həbs edib
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin direktoru – Vladimer Bortsvadze və Gürcüstanda Fransanın Polis attaşesi Bruno Baldukinin brifinqi.
Gürcüstan DİN, beynəlxalq şəkildə təşkil olunmuş cinayətə qarşı səmərəli mübarizə məqsədi ilə Avropa ölkələrinə göndərilmiş polis attaşeləri vasitəsilə yenidən Avropa İttifaqı ölkələrinin hüquqi müəssisələri, interpol və Avropolla fəal əməkdaşlığa davam edir.

Gürcü hüquq mühafizəçilərinin Avropalı həmkarları ilə əməliyyatlar hazırlaması, həyata keçirilməsi və operativ məlumatların verilməsi istiqamətində daim əlaqəsi var.

Qarşılıqlı əməkdaşlıq nəticəsində gürcü hüquq mühafizəçilərinin fəal iştirakı ilə cari ilin 10 dekabrında Fransanın Lion şəhərində “VORS 69-01” adlı geniş miqyaslı xüsusi əməliyyat aparılıb. Nəticədə Fransa və Belçikada fəaliyyətdə olan gürcü, erməni və azərbaycanlı mütəşəkkil qruplaşmanın 22 üzvü həbs olunub. Saxlanılanlar arasında 10 nəfər Gürcüstan vətəndaşı var və onlardan 2 nəfəri “qanuni oğrudur”.

Xüsusi əməliyyat zamanı saxlanılan Gürcüstan vətəndaşları: Gürcü “qanun oğruları” – 1971-ci il təvəllüdlü Mindia Nijaradze və 1973-cü il təvəllüdlü Revaz Seskuriya; həmçinin, gürcü mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri – 1983-cü il təvəllüdlü O.T., 1983-cü il təvəllüdlü Z.O., 1974-cü il təvəllüdlü M.L., 1983-cü il təvəllüdlü M.T. və 1991-ci il təvəllüdlü L.R.

İstintaqın məlumatına görə, ittiham olunanlar oğurluq üçün evləri əvvəlcədən seçirmişlər, qeyd olunan binalar haqqında məlumatları tapıb hazırlayırmışlar, sonra isə qarət edirmişlər. Həmçinin, avtomobilləri oğrulayırmışlar, saxta sənədlər düzəldirmişlər və qanunsuz narkotik maddələri istifadəyə verirlərmiş.

Saxlanılanların yaşadığı evin axtarışı zamanı dəlil olaraq cinayət yolu ilə əldə olunan əşyalar tapılıb. Onlar arasında qızıl, odlu silah, bahalı maşınlar, böyük miqdarda pul, saxta sənədlər düzəldən texnika, müxtəlif növ qıfılları açan qurğular var imiş. Hüquq mühafizəçiləri dəlil olaraq eləcə də suboteks və metaton qrupuna aid narkotik maddələr və qaçaqmalçılıq yolu ilə əldə olunmuş 1500 qutu siqaret aşkar ediblər. İstintaqın məlumatına görə, ümumi zərər 400 000 avrodan çox olub.

Saxlanılan Gürcüstan vətəndaşları Fransanın CM-nin 331, 321, 324 və 450-ci maddələri ilə nəzərdə tutulmuş cinayətdə ittiham olunurlar. Həmin maddə Fransa Respublikası ərazisində qrup şəklində dəfələrlə törədilmiş oğurluq, oğurlanmış əşyaların saxlanılması-satılması, pul saxtalaşdırma və cinayətkar qrupa üzvlüyü nəzərdə tutur. Cinayət 15 ilə qədər azadlıqdan məhrum edilmə cəzasını nəzərdə tutur.

Qeyd edilməlidir ki, cinayətin aşkarlanması, yuxrıda qeyd olunan mütəşəkkil cinyətkar qruplaşmaya üzvlüyün, həmçinin onların əlaqələrinin müəyyən edilməsi və əməliyyatı planlaşdırması məqsədi ilə Lionda xüsusi əməliyyat aparılanadək Fransa jandarmlarının, Belçika polisinin və Gürcüstan DİN-in mərkəzi kriminal polis departamenrinin bir neçə aylıq Fransa, Belçika və Gürcüstanda operativ əməliyyatları baş tutmuşdu. Həmçinin, Tbilisi və Parisdə hüquq mühafizəçilərinin üçtərəfli görüşləri keçirilmişdi.

Həbs əməliyyatlarında Fransa, Belçika və Gürcüstandan 300-dən artıq hüquq mühafizəçisi iştirak edib. Əməliyyatda, həmçinin, xüsusi cinayətkarlıqla mübarizə şöbələri, kinoloji xidmət də iştirak edib və helikopterdən də istifadə olunub.

Xatırladaq ki, DİN-in əsas üstünlüklərindən biri mütəşəkkil cinayətkarlıqla mübarizədir. Bu istiqamətdə nazirlik ölkədə və xaricdə səmərəli tədbirlər həyata keçirir. 2018-ci ilin yanvarından bu günə kimi DİN, həmçinin, Avropa ölkələrinin hüquq mühafizə orqanları ilə əməkdaşlıq nəticəsində 14 “qanuni oğru” həbs edib. Oğru dünyasının üzvlüyünə görə isə 190 şəxs saxlanılıb.


Print Email
FaceBook Twitter Google