Braziliyada su bəndinin dağılması nəticəsində ölənlərin sayı 58-ə çatıb
Braziliyada su bəndinin dağılması nəticəsində ölənlərin sayı 58-ə çatıb. 305 nəfər isə itkin düşmüş hesab olunur.

Bu barədə Minas-Jerays ştatının Fövqəladə Halların İdarəolunması Xidmətinin bəyanatında deyilir.

Xatırladırıq ki, bunadək 37 nəfərin öldüyü, 280 nəfərin isə itkin düşdüyü barədə məlumat yayılmışdı.

Yayılmış məlumata görə ölənlərin sayı xilasedicilərin bir avtobus aşkarlamasından sonra artıb.

Minas-Jerays ştatında su bəndinin dağılması hadisəsi ötən cümə günü baş verib.

Print Email
FaceBook Twitter Google