Amerikada naməlum şəxslər yaşayış evində bir neçə nəfəri əsir götürüblər, ölənlər var
22:22 / 17.02.2019
Amerikada Misispi ştatında cinayətkar
tərəfindən bir neçə nəfər əsir götürülən zaman 4 nəfər
ölüb.
Şübhəli artıq saxlanılıb. Bu barədə yerli
mətbuat məlumat yayıb.
Hadisələr Klinton şəhərində cərəyan edib. Cinayətkar 12 saat
müddətində bir neçə nəfəri yaşayış evində əsir götürüb. Yerli
hakimiyyətin bildirdiyinə görə, evdə ailə üzvləri olublar, lakin
onların sayı barədə məlumat verilmir. Hüquq mühafizəçiləri bir neçə
saat ərzində uşaqları azad etməyə nail olublar.
İnsident zamanı dörd nəfər qətlə yetirilib. Hüquq
mühafizəçilərindən xəsarət alan olmayıb. Şübhəli saxlanılıb. Baş
vermiş hadisənin səbəblərinin aydınlaşdırılması istiqamətində
çalışmalar davam edir.