UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin matçlarında
vurulmuş ən yaxşı qol müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, İngiltərə “Liverpul”unun
futbolçusu Məhəmməd Salahın “Mançester Siti”ni səfərdə 2:1 hesabı
ilə məğlub etdikləri cavab qarşılaşmasında vurduğu qol ən yaxşı
seçilib. Azarkeşlərin 39 faizi misirli forvardın dəqiq zərbəsini
fərqləndirib.
İkinci yeri 30 faiz səslə İspaniya “Real Madrid”inin hücumçusu
Kriştianu Ronaldunun İtaliya “Yuventus”unu 3:0 hesabı ilə
üstələdikləri görüşdəki aşırma zərbəsi tutub. Üçüncü yerə isə 14
faiz səslə “Liverpul”un yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberlenin
“Mançester Siti”yə 3:0 hesabı ilə qalib gəldikləri oyunda vurduğu
qol layiq görülüb.
Qeyd edək ki, yarımfinalda “Real Madrid” Almaniya “Bavariya”sı ilə
qarşılaşacaq. “Liverpul”un rəqibi isə “Roma”dır.
Mənbə: İdmanxeber.com