“Çelsi”nin müdafiəçisi Markos Alonso 3 oyunluq cəzalanıb.
26 yaşlı futbolçu Premyer Liqanın son turunun “Sauthempton”la
oyununda rəqib komandanın hücumçusu Şeyn Lonqa qarşı kobud oynadığı
üçün diskvalifikasiya olunub.
Maraqlıdır ki, sözügedən görüşün baş hakimi Mayk Din həmin vaxt
epizodu diqqətdən qaçırdığı üçün Alonsoya heç sarı vərəqə də
göstərməmişdi. Ancaq oyundan sonra epizodun təkrarına baxan İntizam
Komitəsi ispan müdafiəçinin aşkar qayda pozuntusuna yol verdiyini
təsdiqləyib və onu cəzalandırıb.
Qeyd edək ki, bu cəzadan sonra Alonso çempionatda “Bernli” və
“Suonsi”, kubokun yarımfinalında isə “Sauthempton”la görüşləri
buraxmalı olacaq.
Mənbə: İdmanxeber.com