Qardabani kikboksçuları komanda yarışlarında Gürcüstan çempionu oldular
18-20 may tarixində paytaxt Tiflis şəhərində keçirlən Kikboksinq ( wako) üzrə 25-ci Gürcüstan çempionatında Qardabani rayonun "Qaracalar Kikboksinq Klubu" uğurlu qələbə qazanaraq ölkə çempionu oldu.
"Qaracalar Kikboksinq Klubu" yarışa 12 idmançı ilə qatılaraq, 15 rayon və şəhər arasinda yaxşı nəticə göstərərək 7 qızıl, 4 gümüş və 1 bürünc medal qazanaraq Gürcüstanın ən gclü komandası və klubu olaraq birinci yerə layiq görülmüşdü.

"Qaracalar Kikboksinq Klubu"nun baş məşqçisi İsvahan Əliyevin sözlərinə görə onun komandası iki aya yaxın müddətdə yarış üçün hazırlaşıblar. O, özünü çox xöşbəxt hesab edir ki, onun yetirmələri ölkə çempionu oldular.

“Mən ilk qatılanda orada 15 komanda iştirak edirdi və yeni komandalarıydı. Özümə söz verdim ki, komandalar üzrə birinci mən seçilməliyəm və bu mənə qismət oldu. Mən dəstəyə görə hamıya təşəkkür edirəm” – Deyə İsfahan Əliyev bildirdi.



İsvahan onu da əlavə etdi ki, onun yetirmələri iyun ayının 2-də Azərbaycanda keçirləcək beynəlxalq turnirdə və həmçinin 15-23 sentyabr 2018-ci il tarixlərində isə İtalyanın Jesolo Lido şəhərində baş tutacaq gənclər arasında WAKO Cadets and Juniors Dünya çempionatinda iştirak edecdkler.

Print Email
FaceBook Twitter Google