İspaniyanın “Real Madrid” klubu tarixində 13-cü dəfə futbol üzrə
Çempionlar Liqasının qalibi olub.
“Real Madrid” Avropanın ən nüfuzlu klub turnirində ardıcıl üçüncü
zəfərini finalda İngiltərə “Liverpul”u üzərində 2:1 hesablı qələbə
sayəsində əldə edib.
Ukraynanın paytaxtı Kiyevdəki “Olimpiyski” stadionunda keçirilmiş
oyunda “Real Madrid” 3:1 hesablı qələbə sayəsində Çempionlar
Liqasının ən güclüsü olduğunu bir daha sübuta yetirib. Digər
tərəfdən, tarixdə ilk dəfə həm Çempionlar Liqası, həm də Avropa
Liqasının qalibi eyni şəhərin iki komandası olub.