22 Dekabr tarixində Marneulidə cüdo üzrə çempionat keçiriləcək

Marneulidə sabah 22 dekabrda “Tengiz Naverini adına beynəlxalq klub çemipnatı – cüdo üzrə” yarış baş tutacaq.


Çempionat “Ata-Holdinq” idman mərkəzində saat 10:00-dan 19:00-a kimi davam edəcək. Orada 2001-2003-cü il təvəllüdlü Gürcüstan Cüdo Federasiyasına daxil olan və xaricdən dəvət olunan klub üzvləri, cüdoçu oğlanlar iştirak edəcəklər.

Tengiz Naveriani adına beynəlxalq klub çempionatının mükafat məbləği olaraq 30 000 lari müəyyən edilib.

 

Print Email
FaceBook Twitter Google