FOTO - Marneulili idmançı Dünya Kikboksinq Federasiyasının sertifikatına layiq görülüb
23:27 / 23.12.2018
Dünya Kikboksinq
Federasiyasının (WKF) Gürcüstan nümayəndəliyi tərəfindən Marneulili
idmançı və həmin təşkilatın üzvü Tofiq Əkbərov sertifikatla təltif
olunub.
Bu
məlumatı Əkbərov özü sosial şəbəkədə paylaşıb.
O bildirib ki, fedarasiya ilə bağlı gələcəkdə bir sıra proqramları
olacaq. 2012-ci ildən bu günə qədər komandası ilə birlikdə bir çox
uğurlara imza atıb.
Əkbərov onu da qeyd edib ki, yaxın gələcəkdə 2018-ci ilin idman
hesabatını da təqdim edəcək.
Gələcək planlarından yazan idmançı qeyd edib ki, 2019-cu ildə böyük
qələbələr üçün bütün gücü ilə çalışacaq.