WFMC
Gürcüstan Döyüş İdmanları Mərkəzi olaraq 2018-ci ildə ölkədaxili və
xarici yarışlar çərçivəsində bir çox mötəbər yarışların və
proqramların iştirakçısı olmuşuq.
05.01.2018-ci ildə Türkiyənin Samsun şəhərində peşəkarlar arasında
yarışa dörd idmançı ilə qatılmışıq və iki idmançımız qələbə ilə
vətənə qayıdıbdır.
06-07 aprel tarixlərində Qardabanidə təşkil etdiyimiz beynəlxalq
yarışda dörd ölkədən 250 idmançı iştirak etmişdir.
Bu yarış çərçivəsində hakimlər arası maarifləndirici seminar
keçirilmişdir.
14 apreldə Almaniyanın Haiger şəhərində " King of the Ring" peşəkar
yarışında təşkilatımızın üzvü İsfahan Əliyev 62.5 kiloqram çəki
dərəcəsində çıxdığı döyüşdə rəqibini məğlub edərək WFMC-Avropa
kəmərini qazanmışdır
İsfahan Əliyevin qazandığı bu nəticə federasiya və idman nazirliyi
tərəfindən qeydə alınmışdır.
Həmçinin, bu nəticə Gürcüstan Azərbaycanlı idmançılar arasında ilk
rəsmi kəmər kimi də tarixə düşmüşdür.
WFMC yığması olaraq iyul-avqust aylarında Tetritskaro rayonunda
təlim məşqlərdə olmuşuq, yarışlara xüsusi proqramlarla
hazırlaşmışıq.
06 oktyabr tarixində daha iki idmançımız Almaniya Wendendə təşkil
edilən peşəkarlar arası "Energy Fight" yarışında iştirak
ediblər
26-28 oktyabr tarixlərində WFMC-Gürcüstan yığması olaraq Almaniya
Nordhornda WFMC dünya çempionatında iştirak etmişik və
idmançılarımızdan Emzar Nuriyev 57 kiloqramda dünya çempionu
olmuşdur.
Oktyabr ayında Algetidəki yenilənmiş idman zalımız istifadəyə
verilibdir.
Gürcüstan
daxilində bir çox rayonlarda təmsilçiliklərimiz mövcuddur, həmçinin
növbəti ildə bu təmsilçiləri daha da genişləndirməyi
düşünürük
Növbəti gələcək ildə planlanmış bir neçə daxili və xarici
yarışlarda iştirakımız gözlənilir.
Mən təşkilatın sədri olaraq bütün idmançılarımıza və məşqçilərimizə
gələcək illərdə yeni-yeni uğurlar arzulayıram.