Bolnisinin “Sioni” komandası yeni mövsüm üçün hazırlığa başlayıb
Milli liqa 1-də qalan Bolnisinin “Sioni”
komandası bu gün komandaya yeni qoşulmuş oyunçuları təqdim edib və
yeni mövsüm üçün hazırlığa başlayıb.
Temur Şalamberidzenin komandası bu gün Muxiani məşq bazasında ilk
məşqini keçirib. “Sioni”nin sıralarına yeddi yeni futbolçu qoşulub.
Gələn mövsüm ərzində Bolnisililəri – Qapıçı Levan İsiniani, hücumçü
Tamaz Maqatsaria, yarım müdafiəçilər – Anzor Suxişvili, Davit
Rajamaşvili, Tornike Tarxnişvili, müdafiəçilər – Arçil Tviltiani və
Nikoloz Apakidze təmsil edəcək.
“Sioni” yanvarın sonuna qədər Tbilisidə hazırlaşacaq, sonra isə
Antaliyaya səfər edəcək, orada bir neçə dostluq görüşü
keçirəcək.
“Sioni”
Milli liqanın birinci turunda səfərdə Kutaisinin “Torpedo”
komandası ilə qarşılaşacaq.
Mənbə: tv4.ge