Gürcüstanlı futbolçu Azərbaycan klubuna transfer olub
“Qəbələ” komandası qış fasiləsində heyətinə ilk
legioner futbolçu cəlb edib.
"Marneuli" Radiosu “Report”a istinadən xəbər verir. Bildirilib ki,
gürcüstanlı Davit Volkovi artıq Bakıdadır. 23 yaşlı mərkəz
hücumçusu tibbi baxışdan uğurla keçəcəyi təqdirdə, onunla müqavilə
bağlanılacaq.
Sözləşmənin müddəti 1,5 illik nəzərdə tutulub. Son klubu Gürcüstan
“Saburtalo”su olan forvard “Qəbələ”yə azad agent statusu ilə gəlib.
Volkovi 2018-ci il mövsümündə çempion olan komandasının heyətində
28 matça çıxıb və 8 qol vurub. O, karyerası ərzində iştirakçısı
olduğu 126 görüşdə 49 dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Əyalət təmsilçisi bunadək “Zirə”dən qapıçı Anar
Nəzirovu transfer edib. Əvəzində, yarımmüdafiəçi Təmkin Xəlilzadə
“Sabah”a, qapıçı Aqil Məmmədov isə “Neftçi”yə keçib.