Güləş üzrə Azərbaycanda keçirilən turnirdə Gürcüstan idmançılarıda iştirak edirlər
Bakı
İdman Sarayında Müşfiq İsayevin xatirəsinə həsr olunan sərbəst və
yunan-Roma güləşi üzrə yeniyetmələr arasında 22-ci açıq Respublika
turnirinə start verilib.
"Marneuli" Radiosu AZƏRTAC-a istinadən xəbər verir ki, yarış 20
Yanvar şəhidi Müşfiq İsayevin xatirəsini yad etmək, yeniyetmə
güləşçilərin ustalığını artırmaq, perspektivli pəhləvanları
aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və
kütləviliyinə nail olmaq məqsədilə keçirilir.
İyulda Bakıda təşkil olunacaq Avropa Gənclərinin Yay Olimpiya
Festivalının proqramında yer alan altı (45, 48, 51, 55, 60 və 65
kq) çəki dərəcələri üzrə keçirilən mübarizədə Azərbaycan
pəhləvanları ilə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və
Rusiyadan olan güləşçilər də iştirak edirlər.
Turnirin birinci günündə sərbəst güləşçilər mübarizə
aparırlar.