Belarusiyanın paytaxtı Minskdə gedən Avropa
oyunlarında Gürcüstan boks üzrə bir gümüş medal
qazanıb.
49 kiloqram çəki dərəcəsində yarışan Sahil Allahverdiyev finalda
Ermənistan nümayəndəsi Artur Hovansiyana 1-4-lə uduzub və qızıl
medalı əldən verib. Ancaq Gürcüstanın Minsk oyunlarına 29-cu medalı
qazandırıb.
Medalların ümumi sayına görə Gürcüstan indi beşinci yerdədir.