Marneulili idmançılar Tbilisidə keçirilən Beynəlxalq turnirdən qələbə ilə qayıdıblar
16:22 / 16.12.2019
Marneulili idmançılar
14-15 dekabr tarixində Tbilisi şəhərində keçirilən “Beynəlxalq
turnir”də iştirak ediblər. Turnirə Marneulidən 25 idmançı qatılıb.
Onlardan 8-i qızıl, 3-ü gümüş medal qazanıb.
Bu haqda məlumatı
“Marneuli” radiosu ilə söhbəti zamanı “Sayokan” federasiyasının
prezidenti Faiq Məmmədov verdi.
Onun sözlərinə görə, yarış Kikboks və Tayboks döyüş növləri üzrə
keçirildi. Bu yarışlara Marneulidən üç idman klubu qatılmışdır.
"Bu klublardan biri mənimdir. Digəri isə Röyal
Qarabağlıya və Roman Orucova məxsusdur. Mənim idman klubumdan iki
idmançı qızıl, iki idmançı isə gümüş medal qazandı. Röyal
Qarabağlıya aid olan idman klubundan beş idmançı qızıl, bir idmançı
isə gümüş medala sahib oldu. Roman Orucova məxsus olan idman
klubundan isə bir nəfər medal qazandı. O da qızıl medal idi.
Tbilisidən təşkil olunan turnirdə Marneuli ilə yanaşı Tbilisi,
Rustavi, Qardabani və digər bölgələrdən olan idmançılar da iştirak
edirdilər", – Faiq Məmmədov dedi.
Faiq Məmmədovun sözlərinə görə, Tbilisidə keçiriləcək yarışda
Gürcüstanla yanaşı Azərbaycan, İran, İraq və Ermənistan idmançıları
da qatılıb. Yarışa Ukraina və Rusiya idmançıları dəvət olunsa da
iştirak etməyiblər. Yarış İran komandasının qələbəsi ilə başa
çatıb. Onlar medal sayına görə birinci yerə çıxıblar. İkinci yeri
Azərbaycan, üçüncü yeri isə Gürcüstan komandaları tutublar.
Ermənistan və İraq komandaları isə növbəti yerdə qərarlaşıblar.
Xatırladaq ki, Tbilisi şəhərində keçirilən Muaytay üzrə “Beynəlxalq
turnir” “Gürcüstan Muaytay Federasiyası”nın təşkilatçılığı ilə
keçirilib.